13 C
Baku
Friday, November 22, 2024

Bu hallarda işaxtaran və işsiz kimi qeydiyyat ləğv ediləcək

Şəxsin işaxtaran və işsiz kimi qeydiyyatının ləğv ediləcəyi hallar genişlənir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv ediləcək:

– aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib olunmasından imtina etdikdə və ya onu təsdiq etmədikdə;

– aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı qanun ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.

Eyni zamanda layihəyə əsasən, şəxsin fərdi məşğulluq proqramının tərtib olunmasından imtina etdikdə və ya onu təsdiq etmədikdə; və fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı qanun ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə işsiz kimi qeydiyyatı da ləğv ediləcək.

Qüvvədə olan qanuna görə, aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:

-. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda;

– vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

-. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;

– işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər