26 C
Baku
Monday, July 22, 2024

Bu hallarda sosial yardımın təyin olunmasından imtina ediləcək

Sosial yardıma növbəti dəfə müraciət etmiş ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina ediləcək.

Bu, Nazirlər Kabinetinin qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələri və ya DOST” mərkəzləri sosial yardım üzrə işçisi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin
ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır:

-ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda;

– ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə.

Həmçinin qərara əsasən, Aşağıdakı hallar istisna olmaqla, ailənin tərkibində dəyişikliklər baş verdikdə sosial yardımın ödənişi dayandırılacaq və ailənin sosial yardım almaq hüququna

Təmsilçinin müraciəti əsasında yenidən baxılacaq:

– ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə;

-ailə üzvü (üzvləri) vəfat etdikdə (Təmsilçi istisna olmaqla);

– ailə üzvü müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda;
– əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi və ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması qeyd olunan müddətlər başa çatması başa çatdıqda.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər