Neft qiymətləri həftənin ilk iş gününə Qazaxıstan və Liviyada olan narahatlıqlar səbəbindən artımlar müşahidə edilib.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin barreli 17 sent, yaxud 0.21% artımla 81.92 dollar, WTI markalı xam neftin barreli isə 16 sent, yaxud 0.20% artımla 79.06 dollara yüksəlib.
Qazaxıstanda iğtişaşlar səbəbindən qatar marşurutlatlarının pozulması səbəbinən əsas neft sahələrindən biri Tengizin istehsalına zərbə vurarkən, Liviyada qeyri-stabil siyasi səbəbdən hasilat günlük 1.3 mln. barreldən 729 min barelə qədər azalıb ki, bu hadisələr də neftin qiymətlərini son həftədə 5% bahalaşdırıb.
Qeyd edək ki, neft ixrac edən ölkələr OPEC+ dekabrda yanvar üçün neft hasilatını 400 min barrel artırılması barədə qərar qəbul etdi. 2022-ci ilin yayına qədər hadisələr plan üzrə gedərsə, aylıq bu həcmdə artımı nəzərdə tutulur ki, qlobal iqtisadi bərpanın tələbi olan nefti qarşılaya bilsin.