8 C
Baku
Bazar, Yanvar 23, 2022

Bu il ƏƏSMN-nin fəaliyyət sahələri üzrə verilən e-arayış ların sayı açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 240 min şəxsə elektron qaydada arayış verilib.

Nazirlikdən  verilən məlumata görə, vətəndaşlar hər hansı quruma müraciət etmədən, həmin arayışları Nazirliyin e-arayış xidmətlərindən istifadə edərək əldə ediblər.

Nazirliyin əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə, qurumun e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Həmin e-arayış xidmətləri iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə edə bilməyə imkan yaradıb.

Bu il Nazirlik tərəfindən daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması işləri aparılır.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər