19.1 C
Baku
Sunday, May 18, 2025

Bu il əcnəbilər Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər

Ölkəyə gələn əcnəbilər Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər.

SalamNews xəbər verir ki, bu məlumat Mərkəzi Bankın tədiyyə balansı ilə bağlı hesabatında yer alıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin 7 ayı ərzində Azərbaycanı dincəlməyi seçən əcnəbi turistlərin sayı 1 milyona yaxın olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Bu tendensiyanın davam etdirilməsi diqqətdə saxlanılır. İlk dəfə paytaxta Birləşmiş Ərəb Əmirliklərindən ötən illərlə müqayisədə 19 dəfə çox turist gəlib. Müşahidələr göstərir ki, dünyanın 177 ölkəsindən olan turistlər Azərbaycanda dincəlməyi seçirlər. Avropa İttifaqına üzv ölkələrdən və ABŞ-dan olan turistlərin sayında da artım var.

Qeyd edək ki, ötən il Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və Almaniyada turizm nümayəndəlikləri açıldıqdan sonra bu ölkələrdən Azərbaycana turist axını müşahidə olunmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər