7 C
Baku
Sunday, December 29, 2024

Bu il əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində 34.1 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən verilən xəbərə görə, onlardan 16.8 mininə ilkin, 17.3 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem vasitəsilə, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumat əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Bu ilin 8 ayında Agentliyin reabilitasiya mərkəzləri tərəfindən 49.1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər