2020-ci ilin yanvar-sentyabr ayları ərzində dəyər ifadəsində ən çox inşaat işləri Bakının Nəsimi rayonunda aparılıb. Belə ki, hesabat dövründə bu rayonda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 1 milyard 184 milyon 782 min təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8.3% artım deməkdir.
Bakı Şəhər Statistika İdarəsindən “Banker.az”a verilən məlumata görə Nəsimi rayonundan sonra, Xətai rayonunda dəyəri 666 milyon 394 min manatlıq tikinti işləri həyata keçirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 8.6% artım deməkdir.
Qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Bakıda tikinti müəssələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4 milyard 772 milyon 126 min manat təşkil edib.