Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədilə AzstateNet dövlət şəbəkəsində 2023-cü ilin birinci rübündə 148 milyon 130 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 906 600 zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.
Məlumatda deyilir ki, 29 700 virus tərkibli sənəd isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısının alınmasını həyata keçirib.