18 C
Baku
Sunday, September 8, 2024

Bu il 100 min şəxsə e-qaydada SSN və fərdi hesab açılıb

Bu il 97.9 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır.

Nəticədə işçi fərdi uçot sistemində fərdi şəxsi hesaba və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında pensiya kapitalı toplamaq imkanına malik olur.

Ümumilikdə ötən dövrdə 462.5 min şəxsə e-qaydada fərdi hesab açılıb.

Son xəbərlər
Digər xəbərlər