22 C
Baku
Monday, May 20, 2024

Bu il 120 mindən çox şəxsə e-fərdi hesab proaktiv qaydada açılıb

2022-ci ilin yanvar-sentyabr aylarında 120 426  şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesabları açılıb.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət ilk dəfə işə başlayan şəxslə bağlı əmək müqaviləsi bildirişi e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik şəkildə SSN açılmasına imkan verir.

Ötən dövrdə həmin e-xidmət vasitəsilə 485134 şəxsə sosial sığorta nömrəsi verilməklə proaktiv qaydada fərdi şəxsi hesab açılıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər