Azərbaycan 2021-ci il ərzində 150 yeni avtobus alıb.
Banker.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
BNA-nın məlumatına əsasən, cari il ərzində təşkil edilmiş yeni dayanacaq məntəqələrinin sayı 269-dur. Bildirilir ki, il ərzində 578 avtobus nağdsız ödənişə keçirilib və hazırda 800 minə yaxn sərnişin nağdsız ödənişdən istifadə edir.
Məlumatda həmçinin qeyd olunur ki, 14 yeni müntəzəm marşrut xəttinin yaradılıb, 7 müntəzəm marşrut xətti isə yenilənib.