3 C
Baku
Saturday, December 14, 2024

Bu il 20 sahibkarlıq subyektinə sənaye zonalarında rezident statusu verilib

Cari ilin yeddi ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib.

İZİA-dan bildirilib ki, bunlardan 10-u Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 1-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, mikronlaşdırılmış və örtülmüş kalsitin, əhəng və perlitin, tamet daşlarının, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.

Qeyd edək ki, indiyədək sənaye zonalarında investisiya həcmi 7,8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.

Son xəbərlər
Digər xəbərlər