8 C
Baku
Sunday, November 17, 2024

Bu il 23 mindən çox fərdi yaşayış və bağ evi üzərində mülkiyyət hüququ qeydə alınıb

2022-ci ilin yanvar-iyun ayları ərzində 168 532 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16.6% çoxdur.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 6 aylıq göstəricinin 42 955-i (25.5%-i) ilkin, 125 577-si (74.5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd olunur ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ilkin qeydiyyat 29.7% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 23 057-si fərdi yaşayış və bağ evi, 40 987-si mənzil, 98 866-sı torpaq sahəsi, 1 780-i qeyri-yaşayış binası, 3 417-si qeyri-yaşayış sahəsi, 401-i əmlak kompleksi,  23-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.

Nazirlikdən verilən məlumata əsasən, cari ilin yanvar-iyun ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlaklın 25.8%-i Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

Həmçinin, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 6 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3.1 dəfə artaraq 24 046 olub.

Son xəbərlər
Digər xəbərlər