Bu il 28 mindən çox əmlaka ilk dəfə kupça verilib

2021-ci ilin yanvar-may ayları ərzində 119.175 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 28.016-sı ilkin, 91.159-u isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 27.1% artıb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Cari ilin yanvar-may ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17.555-i fərdi yaşayış və bağ evi, 36.999-u mənzil, 59.146-sı torpaq sahəsi, 1.328-i qeyri-yaşayış binası, 3.843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binasıdır.

2021-ci ilin ilk 5 ayı ərzində 6.168 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 14.5% artıb. Anoloji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 25% artaraq 6.286 olub.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 5 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 32.1% artaraq 11.387, mənzillər üzrə 50% artaraq 23.678, torpaq sahələri üzrə isə 36,3% artımla 52.860 olub.

Ümumilikdə isə, ötən ilin ilk 5 ayı ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 65.403-dən 91.159-a yüksəlib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.