14 C
Baku
Monday, September 30, 2024

Bu il 28 mindən çox insan bu nəqliyyat növünə üstünlük verib

Azərbaycanda bu ilin yanvar-aprel aylarında  minik taksilərindən 28 min 189 nəfər istifadə edib.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, illik müqayisədə 62.8% çoxdur.

2020-ci ilin yanvar-aprelində taksi xidmətlərindən 17 min 320 nəfər istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında avtobuslarla 326 min 773 sərnişin daşınıb ki, bu da illik müqayisədə 25.7% azdır.

 

Son xəbərlər
Digər xəbərlər