12 C
Baku
Sunday, October 27, 2024

Bu il 285 min manatadək vəsait istehlakçılara qaytarılıb

Cari ilin yanvar-avqust ayları ərzində lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş 1508 müraciət üzrə 285 min manatadək vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, qurum sahibkar-istehlakçı münasibətlərinin inkişafı və istehlakçıların hüquqlarının daha etibarlı qorunmasına yönəlmiş tədbirlərini davam etdirir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər