26 C
Baku
Saturday, July 27, 2024

Bu il 300 minə yaxın daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb

Statistik göstəricilərə əsasən, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 294.068 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18.9% çoxdur.
Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Dövlət Xidmətinin məlumatına 10 aylıq göstəricinin 70.558-i (24%) ilkin, 223.510-u (76%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki cari ilin yanvar-oktyabr ayları ərzində ilkin qeydiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 31.3% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 41.040-ı fərdi yaşayış və bağ evi, 75.387-si mənzil, 167.909-u torpaq sahəsi, 2.927-si qeyri-yaşayış binası, 6.100-ü qeyri-yaşayış sahəsi, 660-ı əmlak kompleksi, 44-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 10 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,4%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Son xəbərlər
Digər xəbərlər