12 C
Baku
Saturday, November 16, 2024

Bu il 36 501 manat məbləğində dəymiş ziyan istehlakçılara ödənilib

Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 1 463 müraciət təmin olunub.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 9.8 % çoxdur. Təmin olunan müraciətlər nəticəsində 216 878 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 36 501 manat məbləğində dəymiş ziyan ödənilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər