7 C
Baku
Thursday, December 12, 2024

Bu il 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq

“Bu il 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdul-Qədirov tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair mətbuat konfransında bildirib.

Agentlik sədri hazırda reabilitasiya sisteminin müasirləşdirilməsi işlərinin davam etdirildiyini qeyd edib: “2020-ci ildə Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl şəhər və rayonlarındakı reabilitasiya və sosial xidmət müəssisələri də əsaslı şəkildə təmir olunaraq və yenidən qurularaq istifadəyə verilib. Qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün son illərdə müasir reabilitasiya infrastrukturu yaradılıb. Bu il üçün 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq”.

Son xəbərlər
Digər xəbərlər