9 C
Baku
Thursday, December 12, 2024

Bu il ABŞ-la ticarət dövriyyəmiz yarım milyarda çatacaq

Azərbaycan ilə ABŞ arasında qarşılıqlı ticarət dövriyyəsi 2022-ci ilin sonuna qədər yarım milyard dollara çatacaq.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib.

“İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya gəlincə, hazırda iş gedir. Ticari-iqtisadi əlaqələri inkişaf etdirmək üçün çalışırıq. İndiki rəqəmlər isə bizim daha intensiv işləməli olduğumuz çoxlu istiqamətlərin olduğunu göstərir”, – deyə diplomat vurğulayıb.

X.İbrahimin sözlərinə görə, koronavirus pandemiyası ABŞ ilə qarşılıqlı ticarət dövriyyəsinə mənfi təsir göstərib, lakin indi tərəflər iqtisadi əlaqələri bərpa etməyə çalışırlar.

“Əgər COVID-19-a qədər ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 800 milyon ABŞ dolları təşkil edirdisə, pandemiya zamanı digər ölkələrlə münasibətlərdə olduğu kimi ticarət dövriyyəsi azalıb. Düşünürəm ki, ilin sonuna qədər ticarət dövriyyəsi 500 milyon ABŞ dollarına çatacaq. Hazırda isə 400 milyondan bir qədər çoxdur”, – deyə səfir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər