Böyük Britaniyanın Azərbaycanda fəaliyətdə olan şirkəti “Anglo Asian Mining PLC” (“Anglo Asian” və ya “Şirkət”) bildirir ki, siyahıya alınmış qızıl, mis və gümüş istehsalçısı, əsasən Azərbaycanda diqqət mərkəzindədir.
Banker.az şirkətə istinadən xəbər verir ki, 2023-cü il Şirkət 4,100-4,300 ton mis və 30,000-32,000 unsiya qızıldan ibarət 50,000 ilə 54,000 unsiya qızıl ekvivalentində istehsal etməyi proqnozlaşdırır.
2023-cü il “Anglo Asian” üçün mühüm ildir, çünki o, yeni “Gilar” və “Zəfər” mədənlərinin açılışı və flotasiya zavodunun artan gücünün təhvil verilməsi ilə əhəmiyyətli mis istehsalına nail olmaq üçün keçidə başlayır.
“Mis istehsalının 63-71 faiz artacağı proqnozlaşdırılır. qızıl hasilatı isə 26-30 faiz azalacaq. Bu, qlobal dekarbonizasiya gündəmindən istifadə edərək, Şirkətin misə artan diqqətinə uyğundur”- deyə, bildirilir.
“Anglo Asian”ın ortamüddətli böyümə strategiyası və misə artan diqqəti haqqında daha çox məlumat bu rübün sonunda açıqlanacaq.
Metal | Vahid | 2022-ci il tam istehsal həcmi | 2023-cü il üzrə proqnoz |
Qızıl | unsiya | 43,114 | 30,000 – 32,000 |
Mis | ton | 2,516 | 4,100 – 4,300 |
Qızıl unsiyası | GEO | 57,618 | 50,000 – 54,000 |