27 C
Baku
Saturday, July 13, 2024

Bu il aparılan və nəticələri prokurorluğa təqdim edilən auditlərin sayı açıqlanıb

“2022-ci ilin ötən 4 ayında 23 kənar dövlət maliyyə nəzarəti tədbiri başlanıb və il ərzində bu tədbirlərin sayı təbii ki, artacaq”.

Bunu  müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov deyib ki, bunların içərisində maliyyə, uyğunluq, səmərəlik auditləri yer almaqla yanaşı, analitik təhlil və monitorinqlər də var: “İl ərzində 50-yə yaxın nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulur”.

Hesablama Palatasının sədri qeyd edib ki, ali audit orqanları dünya təcrübəsində korrupsiyaya qarşı mübarizə sahəsində xüsusi rola malik orqanlardır və Hesablama Palatası da bu istiqamətdə fəaliyyətini hesabat ilində də davam etdirib: “2021-ci ilin İş planı ilə aparılmış auditlərdən 2-si üzrə materiallar prokurorluq orqanlarına təqdim edilib. Eyni zamanda, cari ildə aparılan auditlərin nəticələrinin də 2-si artıq hüquq-mühafizə orqanlarına artıq verilib. Hüquq-mühafizə orqanları bizimlə işləyir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər