14 C
Baku
Saturday, November 23, 2024

Bu il Avropada avtomobillərin alışı rekord həddə enib

Avropalılar 2020-ci ilin aprelində rekord həddə az avtomobil alıblar.

Bu barədə Avropa Avtomobil İstehsalı Assosiasiyasının məlumatında bildirilir.

Avropa İttifaqı ölkələrində qeydiyyata alınmış təzə avtomobillərin sayı 76,3 faizə düşüb.

İlin birinci dörd ayında təzə minik avtomobillərinə tələb 38,5 faiz azalıb. Ən aşağı göstərici üç avtomobil bazarı baxımından böyük olan ölkələrdə qeydə alınıb: İtaliyada (50,7 faiz), İspaniyada (48,9 faiz), Fransada (48 faiz) və Almaniyada (31 faiz).

Qeyd olunur ki, apreldə bəzi Avropa ölkələrində təzə avtomobillərə tələb minimum həddə enib. Cari mövsümdə Qərb ölkələrində 270 min avtomobil satılıb. Ötən ilin müvafiq dövründə isə satış 1,1 mln. avtomobil təşkil edib. Bu, sərt məhdudiyyətlərlə bağlı olub.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər