Cari ilin 7 ayı ərzində ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti Qərbi Avropada 49 200 ədəd elektomobil satıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, hesabat dövründə toplam olaraq 182 min elektrikli avtomobil satılıb. Beləliklə ABŞ şirkətinin bazar payı 27% təşkil edib.
Qeyd edilir ki, bu satış templəri saxlanılacağı təqdirdə ilin sonuna kimi “Tesla”nın satış həcmləri 80 000 ədəd həddində olacaq.
2019-cu ildə ilk dəfə olaraq Qərbi Avropada elektromobil satışlarının 300 000 ətrafında olacağı da gözlənilir.
©Finans.az