31 C
Baku
Monday, July 22, 2024

Bu il Azərbaycana 12 milyon dollarlıq süd idxal edilib

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 12 milyon 680 min ABŞ dolları dəyərində 7 min 675 ton süd idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 384 ton artım deməkdir.

Belə ki, ötən ilin 9 ayında Azərbaycana 10 milyon 294 ABŞ dolları dəyərində 6 min 291 ton süd idxal edilmişdir ki, bu da cari illə müqayisədə 22% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər