17 C
Baku
Sunday, April 14, 2024

Bu il Azərbaycana gələn rumıniyalı turistlərin sayı 29% artıb

Bu ilin ilk aylarında Azərbaycana gələn rumıniyalı turistlərin sayı 29% artıb.

Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.

Onun sözlərinə görə, Rumıniyadan gələn turistlərin sayının az olması pandemiyanın təsiri ilə əlaqədar olsa da, qarşıdakı illərdə bu istiqamətdə artım gözlənilir.

C. Məlikov Qarabağın turizm potensialı ilə bağlı da məlumat verib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər