13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Bu il Azərbaycanda ən çox sərmaye yatırılan rayon və şəhərlər açıqlandı (Siyahı)

faizlere

Azərbaycanın 2020-ci ilin yanvar-sentyabr aylarında iqtisadi rayonlarına yatırılan sərmayenin məbləği məlum olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Respublika üzrə cəmi 10 milyard 300 milyon 66 min manat investisiya yatırılıb. Belə ki, ənənəvi olaraq ən böyük yatırımlar Bakı şəhərinə edilib. Paytaxtda bu göstərici 6 milyard 687 milyon 271 min manat təşkil edib.

Digər yerlərdə isə Naxçıvan şəhəri (533 milyon 42 min manat), Abşeron rayonu (324 milyon 166 min manat), Gəncə şəhəri (205 milyon 367 min manat) tutur.

Cari ilin 9 ayında Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən, Azərbaycanda ən az yatırım edilən rayonlar sırasında ilk üçlükdə Naftalan şəhəri, Yardımlı və Cəbrayıl rayonlarıdır. Müvafiq olaraq Naftalana 2 milyon 272 min manat, Yardımlıya 1 milyon 898 min manat, Cəbrayıl rayonuna 187 min manat investisiya yatırılıb.

sermaye

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər