13 C
Baku
Friday, April 19, 2024

Bu il Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi 8,5% artıb

2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13 mlrd. 688,4 mln. manat vəsaitin 6 mlrd. 51,7 mln. manatı və ya 44,2%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb.

Dövlət Statistika Komitəsindən Banker.az-a verilən məlumata görə, ümumi sərmayənin 73,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77%-i məhsul istehsalı obyektlərinin, 17,1%-i xidmət sahələri üzrə obyektlərin, 5,9%-i isə ümumi sahəsi 1536 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2%-ini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6%, bank kreditləri 12,7%, büdcə vəsaitləri 14,1%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,8% təşkil edib

Son xəbərlər
Digər xəbərlər