6 C
Baku
Saturday, February 24, 2024

Bu il Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2093,7 mln. manat vəsaitin 1503,3 mln. manatı neft sektoruna, 590,4 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 69,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istifadə olunmuş vəsaitin 89,2%-i məhsul istehsalı obyektlərinin, 8,1%-i xidmət sahələri üzrə obyektlərin, 2,7%-i isə ümumi sahəsi 209,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2%, bank kreditləri 11,4%, büdcə vəsaitləri 8,0%, əhalinin şəxsi vəsaitləri 2,7%, büdcədənkənar fondların vəsaitləri isə 0,7% təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər