2020-ci ilin yanvar-noyabr ayları üzrə ötən ilin müvafiq dövrünə nisbətən 4.7%, yəni 1.5 milyard kubmetr artımla 33.7 milyard kubmetr qaz hasil edilib.
“Banker.az”a Energetika Nazirliyindən verilən məlumata əsasən, qaz hasilatının 10.7 milyard kubmetri AÇG-dən, 16.3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 6.7 milyard kubmetr qaz hasil olunub.