3 C
Baku
Cümə, Yanvar 21, 2022

Azərbaycanın bu il toxuculuq və geyim məhsullarından əldə etdiyi gəlir azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı toxuculuq məhsulları, geyim və ayaqqabılar əldə etdiyi gəlirin məbləği 5 milyard 729 milyon manat təşkil edib.

Banker.az Dövlət Statistka Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu məhsulun satışından əldə olunan gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 12.2% azalıb.

Qeyd edək ki, bu ilin ilk 11 ayında  alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 16.4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Son xəbərlər
Oxşar xəbərlər