“Bu il Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 26% artıb”

“”Bu günə qədər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana 2,2 mlrd. ABŞ dolları investisiya qoyub. Azərbaycan isə bu ölkəyə 347 mln. dollar sərmayə yatırıb”.

Bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin yaranmasının 48-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, bu il iki ölkə arasında ticarət dövriyyəsi 26% artıb: “2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 38% artaraq 54,4 mln. dollar, bu ilin ilk 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 57 mln. dollara çatıb”.

Nazir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinə görə BƏƏ-yə minnətdarlığını bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları