Azərbaycanda 2020-ci ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin həcmi 18 milyard 245.7 milyon manat olmaqla, öncəki illə müqayisədə 1.9 faiz azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Pandemiya səbəbindən, ölkədə əhali əcazılıq məhsullarının alışına daha çox pul xərcləyib, geyim isə, əksinə illik müqayisədə 19.4 faiz olmuşdur. Bu azalma əsasən, ölkə ərazisində karantın dövründə (bəzi vaxtları sərt olmaqla) bu azalmalar baş verib.
Əhali pulunu ən çox nəyə xərcləyib?
2020-ci ilin yanvar-iyun aylarında satışdan gəlir, milyon manatla | İllik müqayisə , %-lə | |
Pərakəndə ticarət dövriyyəsi | 18 245.7 | -1.9 |
o cümlədən:
ərzaq məhsulları, içkilər və tütün məmulatları |
9 729.7 | 3,1 |
toxuculuq məhsulları, geyim və
ayaqqabılar |
2 678,9 | -19.4 |
elektrik malları və mebellər | 1 005.6 | -5.9 |
kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsulları |
138.5 | -0.5 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 319.6 | 34.5 |
avtomobil benzini və dizel
yanacağı |
988.1 | -0.2 |
digər qeyri-ərzaq malları | 3 385.3 | -0.5 |
Burada, 53.3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.5 faizi elektrik malları və mebellərin, 5.4 faizi avtomobil benzini və dizel yanacağının, 1.7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0.8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18.6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.