Bu ilin yanvar-may ayında Azərbaycanın xaricə qaz satışı təxminən 7,4 milyard kubmetr təşkil edib.
Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 % çoxdur.
Bu ilin yanvar-may ayında Türkiyəyə təqribən 4,2 milyard kubmetr, Avropaya 2,1 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.
Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 43,2 milyon kubmetr qaz verilib.