9 C
Baku
Thursday, December 12, 2024

Bu il Azərbaycan elektrik enerjisinin istehsalını azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 197,7 mln. kVt-st azalaraq 23 421,9 mln. kVt-st olub.

“Banker.az”a Energetika Nazirliyindən  verilən məlumata görə, hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarda 273,8 mln. kVt-st artaraq 22 092,3 mln. kVt-st, Su Elektrik stansiyalarda 470,8 mln. kVt-st azalaraq 1 013,3 mln. kVt-st təşkil edib.

Bu ilin on bir ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 120,57 mln. kVt-st, ixracı 89,14 mln. kVt-st, idxalı 10,6 mln. kVt-st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 59,3 mln. kVt-st, ixrac 45,56 mln. kVt-st azalıb, idxal isə 3 mln. kVt-st artıb.

Yanvar-noyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20 878,2 mln. kVt-ts (İES-lərdə 20 036,5 mln. kVt-st, SES-lərdə 841,7 mln. kVt-st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 397,0 mln. kVt-st (İES-lərdə 205,7 mln. kVt-st, SES-lərdə 152 mln. kVt-st, Günəş ES-də 39,4 mln. kVt-st), Müstəqil Elektrik Stansiyaları üzrə 2 077,5 mln. kVt-st, “Azərişıq” ASC üzrə Külək Elektrik Stansiyalarında isə 69,2 mln. kVt-st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 990,24 mln. kVt-st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 254,76 mln. kVt-st, idxalı isə 125,6 mln. kVt-st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 2,8 mln. kVt-st azalıb.

Son xəbərlər
Digər xəbərlər