15 C
Baku
Wednesday, May 15, 2024

Bu il Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə olub

2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana 62.1 milyon ABŞ dolları dəyərində 4 820 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Qeyd olunub ki, idxal edilən avtomobillərin dəyəri əvvəlki illə müqayisədə 53% çoxdur.

Hesabata görə, yanvar-fevral ayları ərzində Azərbaycana ixrac edilmiş avtomobillərin orta qiyməti (OQ) 12.9 min dollar təşkil edib.

Yanvar-fevral ayları ərzində Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə olub.

Hesabata əsasən, yanvar-fevral ayları ərzində Gürcüstan Qazaxstana 51.5 milyon dollar dəyərində 2 589 ədəd (OQ -19.9 min dollar), Ermənistana 50.2 milyon dollar dəyərində 2 834 ədəd (OQ – 17.7 min dollar), Qırğızıstana 43.2 mmilyon dollar dəyərində 1 338 ədəd (OQ – 32.3 min dollar), Rusiyaya 13.5 milyon dollar dəyərində 978 ədəd (OQ – 13.8 min dollaar) avtomobil ixrac edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər