Bu ilin ilk 11 ayı ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və
plastik kütlə məmulatlarının istehsalı sahələrində 983.9 milyon manatlıq məhsul istehsal olunub.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 9.4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 21.7%, kimya sənayesində isə 19.5% artıb.
Məlumata əsasən, əsas kimya məhsullarından polietilen istehsalı 19.6%, metanol istehsalı 19.1%, propilen istehsalı isə 17.6% artıb.