13 C
Baku
Sunday, September 29, 2024

Bu il Azərbaycan meyvə-tərəvəz satışından 549 mln. manat qazanc götürüb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 549 milyon 506 min ABŞ dolları dəyərində 550 min 645 ton meyvə-tərəvəz ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 579 min ABŞ dolları artım və ya 12 min 524 ton artım deməkdir.

Belə ki, ötən ilin müvafiq dövründə  541 milyon 926 min ABŞ dolları dəyərində 563 min 170 ton meyvə-tərəvəz ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər