10 C
Baku
Friday, December 13, 2024

Bu il Azərbaycan qızılının yeganə müştərisi İsveçrə alışı azaldıb

Azərbaycan 2023-cü ildə qızıl ixracının həcmini öncəki ildən yarım ton az edib.

Banker.az xəbər verir ki, 2023-cü ilin ilk yarımilində ölkədən İsveçrəyə, hansı yeganə alıcıdır 1 366.8 kiloqram və ya 43 943 unsiya həcmində sarı metal satıb.

Bu da 2022-ci ilin ilk yarımili ilə ilə müqayisədə 501.11 kq və ya 27% azdır.

Ölkəyə qızıldan valyuta daxil olması $60.5 milyon təşkil edib.

1 kq = ~ 32.151 t. unsiya

Beləliklə, 1 unsiya qızılın ixrac qiyməti ortalama 1 376.7 $/unsiya təşkil edib. 2022-ci ilin ilk yarısında isə qızıl 1 322.2 $/unsiyaya ixrac edilmişdi.

Azərbaycanda qızılın istehsalı 2023-cü ilin ilk yarısında 975.5 kq təşkil edib. Bu 2022-ci ilin eyni dövründə 1 386.2 kq olduğunu nəzərə alsaq illik 30% istehsalın düşməsi deməkdir.

Qızıl dünya birjalarında 2022-ci ili bir unsiya üçün $1 780 səviyyəsində başladığı halda, il yarıda $2 070-ə qədər bahalaşa bildi və yarımili $1 731-də tamamladı. 2023-cü ilə qızılın bir unsiyası $1800-ün üzərində başlasa da, qlobal inflyasiya təziyiqləri və FED-in faiz artımlarına fasilə verməsi ilə mayda $2 081 səviyyəsinə qədər bahalaşdı ki, bu 2020-ci ilin avqust zirvəsini də aşıb keçmiş oldu.

Son xəbərlər
Digər xəbərlər