18 C
Baku
Sunday, September 29, 2024

Bu il Azərbaycan vətandaşları ən az İrana səfər ediblər – Xarici səfərlərdə kəskin azalma

Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 27.8 min nəfər olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir, ki bu, ötən ilin yanvar ayına nisbətən 15.6 dəfə azdır.

Məlumata görə, ölkə vətəndaşlarının 48.1 %-i Türkiyəyə, 14.8 %-i Rusiyaya, 10.4 %-i Gürcüstana, 8.7 %-i İrana, 18%-i digər ölkələrə səfər edib.

Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68.1 dəfə, Gürcüstana gedənlərin sayı 45.1 dəfə, Rusiyaya gedənlərin sayı 17.8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3.2 dəfə azalıb.

 

Son xəbərlər
Digər xəbərlər