2023-cü ilin ilk 8 ayı ərzində Azərbaycana 183 milyon 581 min dollar dəyərində 668 min ton buğda idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 5.2% azalıb, miqdar ifadəsində 24% artıb.
Belə ki, 2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 193 milyon 478 min dollar dəyərində 539 min ton buğda idxal olunmuşdu.
1 ton buğdanın orta idxal dəyəri 360 dollardan 275 dollara düşüb. Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 85 dollar daha ucuz idxal olunub.