2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları məlum olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə Azərbaycan ən çox məhsul İtaliyaya ixrac edib.
3 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliyadan sonra Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixracın dəyəri 1 469.667 milyon ABŞ dolları, Türkiyəyə 739 386 milyon dollar, Hindistana isə 349.413 milyon dollar olub.