2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları məlum olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə Azərbaycan ən çox məhsul İtaliyaya ixrac edib.
9 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliyadan sonra Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 3 115.851 milyon ABŞ dolları, Türkiyəyə 2 108.84 milyon dollar, Rusiyaya isə 499.779 milyon dollar olub.