15 C
Baku
Monday, May 6, 2024

Bu il Azərbaycana elektromobil idxalı 6 dəfədən çox artıb

2023-cü ilin ilk 5 ayında Azərbaycana 34 milyon 383 min dollar dəyərində 812 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu il idxal edilən elektromobillərin sayı 6 dəfədən çox artıb.

2022-ci ilin ilk 5 ayında Azərbaycana 3 milyon 745 min dollar dəyərində 130 ədəd elektromobil idxal edilmişdir.

Bu ilin yanvar-may aylarında Azərbaycana 125 milyon 575 min dollar dəyərində 5 884 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər