10 C
Baku
Wednesday, December 11, 2024

Bu il Azərbaycana gələn ən “əliaçıq” turistlər hansı ölkədəndir?

2022-ci ilin yanvar-aprel ayları ərzində turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çəkdikləri xərclərin səfər etmiş şəxslər 206 050 nəfər olub ki, bunlarda ümumilikdə ölkədə 248.52 milyon manat xərc çəkiblər.

Bu barədə Banker.az rəsmi rəqəmlərə istinadən xəbər verir.

Ölkəmizə ən çox turist Türkiyə Respublikasından gəlib. Onların ümumi sayı  55 272 nəfər olmaqla cəmi ölkədə çəkdikləri xərc 59.86 milyon manat xərcləyiblər ki, bu da adambaşına 1 083 manat orta xərcdir.

İkinci ən çox Rusiya Federasiyasından olmaqla sayları 52 433 nəfər olmuş ki, onlar da ölkədə 50.43 milyon manatlıq xərc çəkiblər. RF vətəndaşları isə Azərbaycanda orta hesabla 962 manat adambaşına turist kimi xərc çəkiblər.

Lakin, ölkəyə gələn adambaşına ən çox gəlir verən kanadalı turistlərdir. Kanadadan gələn turistlər Azərbaycanda orta hesabla adambaşına  2 806 manat xərc çəkiblər. Belə ki, ilin ilk dörd ayında bu ölkədən 279 nəfər turist cəmi 782.8 min manat xərc çəkiblər.

Ən az adambaşına ən az xərc isə Gürcüstandan gələnlər çəkir. Onlar Azərbaycanda 490 manat cəmi xərc ediblər.

46645

Son xəbərlər
Digər xəbərlər