2017-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisinin gəlirləri 2018-ci ilin yanvarında nominal ifadədə 11,7% artaraq 3 mlrd. 882,3 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən Banker.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 396,9 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 576,4 mln. manatlıq vəsait qalıb.