Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maliyyə fəaliyyəti ilə bağlı 59 yeni müəssisə və təşkilat yaradılıb, 21-nin isə lisenziyası ləğv edilib.
Beləliklə, iyulun 1-nə ölkədə maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar 1 674 müəssisə və təşkilat mövcud olub. Bu da illik müqayisədə 4,6% çoxdur. Həmin qurumların 1 609-u kommersiya məqsədlidir.
İlin əvvəlinə nisbətən isə maliyyə müəssisə və təşkilatlarının sayında 2,4% artım qeydə alınıb.
Qeyd edək ki, hesabat tarixinə Azərbaycanda müəssisə və təşkilatların sayı 124 178 olub.
Report