2020-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda 31.6 milyon ton neft hasil edilib.
Energetika Nazirliyindən “Banker.az”a verilən məlumata görə, neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2.6 milyon ton az olub.
Respublika üzrə neft hasilatının 21.6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3.2 milyon tonu isə “Şahdəniz”in payına düşüb.
Bu il SOCAR üzrə neft hasilatı 6.8 milyon ton təşkil edib.