20 C
Baku
Saturday, October 12, 2024

Bu il Azərbaycanda 7.97 mlrd. manat həcmində kənd təsərrüfatı məhsulu istehsal edilib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 966.1 milyon manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bunun da 4029.9 milyon manatı heyvandarlıq, 3936.2 milyon manatı isə bitkiçilik məhsullarının
payına düşür.

Hesabat dövründə kənd təsərrüfatının istehsalı 2%, o cümlədən heyvandarlıq
məhsulları üzrə 2.9%, bitkiçilik məhsulları üzrə isə 1% artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər