16 C
Baku
Friday, November 22, 2024

Bu il Azərbaycanda 83 mindən çox körpə doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 11-dən 12.4-ə qədər artım deməkdir.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52.9%, qızların xüsusi çəkisi isə 47.1% olub. Körpələrdən 2310-u əkiz, 105-i üçəm, 4-ü isə dördəm doğulub.

Həmçinin, Komitənin məlumatına əsasən, bu ilin 8 ayı ərzində ölkədə 41758 ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.3-dən 6.2-yə düşüb.

Son xəbərlər
Digər xəbərlər